Ermənistanının işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır.
Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar,

Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki «Seyid qəbri» və s. erməni işğalı nəticəsində dağıdılıb.

Rayonun ərazisində 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrufatı obyekti, 20 təhsil muəssisəsi, 14 səhiyyə muəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır.


* * *


Xocalının tarixi-mədəni abidələri

  • Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)

  • Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)

  • Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

  • Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)

  • Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)

  • Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)

  • Xaçıncay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)

  • Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)

  • Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)

  • Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)

  • Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)

  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)

  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)

  • Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)

  • Türbə – XlV əsr (Xocalı şəhəri)

  • Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)

  • Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)

  • Alban məbədi - 905-ci il (Şuşa kəndi)

  • Alban məbədi - 1122-ci il (Xansıx kəndi)

  • Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)

  • Alban məbədi - 1202-ci il (Armudlu kəndi)

  • Qala – X əsr (Maşxmaat kəndi)

  • Qırxlar qalası – orta əsrlər (Badara kəndi)

  • Məbəd kompleksi - VII əsr ( Badara kəndi)

  • Qala - IX əsr ( Daşbaşı kəndi)

  • Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)

  • Aslan qalası – IX əsr (Anabert kəndi)

  • Mədəb – XIII əsr (Xanabad kəndi)

 

 

 

 

 

Ana səhifə